Bakı Dövlət Kukla Teatrı və Poti Dövlət Teatrı Marneuli
bələdiyyəsinə gələcək. Tədbirlər 2 və 4 iyunda planlaşdırılır.
2 iyun, saat 18:00-da Marneuli Mədəniyyət Mərkəzində Bakı Dövlət
Kukla Teatrı “Müsyö Jordan” tamaşasını nümayiş etdirəcək. Poti
teatrı isə Marneuliyə 4 iyun tarixində gələcək və “Pirosmani”-ni
təqdim edəcək.
Marneuli bələdiyyəsi tədbirin keçirilməsi üçün Gürcüstan İncəsənət
Elmi-Araşdırma İnstitutuna 3500 lari ödəyəcək. Meriya fəaliyyətləri
sadələşdirilmiş qaydada alıb.
“Gürcüstan İncəsənət Elmi-Araşdırma İnstitutuna məktub
verilib. Məktubda bizim uşaq və gənc teatrlarımızın beynəlxalq
festivala qoşulmasını istəyirdilər. Bizim bələdiyyədə Bakı Dövlət
Kuka Teatrının və Poti Dövlət Teatrının qastrolu planlaşdırılır.
Yuxarıda qeyd olunan truppalara ev sahibliyi etməyi məqsədyönlü
hesab edirəm ki, gənc nəsil nümayəndələri arasında teatr sənətinin
tanıdılmasına dəstək olaq. Xahiş edirik, müvafiq xidmətə
qanunvericiliklə nəzərdə tutulmuş xidmətlərlə əlaqədar tapşırıq
verəsiniz”, – izahatnamədə yazılıb.
Tamaşalar Marneuli Mədəniyyət Mərkəzinin zalında, saat 18:00-da
keçiriləcək.
İştirak sərbəstdir.