Bakı və Poti teatrları Marneuliyə gələcək
Bakı Dövlət Kukla Teatrı və Poti Dövlət Teatrı Marneuli bələdiyyəsinə gələcək. Tədbirlər 2 və 4 iyunda planlaşdırılır. 2 iyun, saat 18:00-da Marneuli Mədəniyyət Mərkəzində Bakı Dövlət Kukla Teatrı “Müsyö Jordan” tamaşasını nümayiş etdirəcək. Poti teatrı isə Marneuliyə 4 iyun tarixində gələcək və “Pirosmani”-ni təqdim edəcək.

Marneuli bələdiyyəsi tədbirin keçirilməsi üçün Gürcüstan İncəsənət Elmi-Araşdırma İnstitutuna 3500 lari ödəyəcək. Meriya fəaliyyətləri sadələşdirilmiş qaydada alıb.

“Gürcüstan İncəsənət Elmi-Araşdırma İnstitutuna məktub verilib. Məktubda bizim uşaq və gənc teatrlarımızın beynəlxalq festivala qoşulmasını istəyirdilər. Bizim bələdiyyədə Bakı Dövlət Kuka Teatrının və Poti Dövlət Teatrının qastrolu planlaşdırılır. Yuxarıda qeyd olunan truppalara ev sahibliyi etməyi məqsədyönlü hesab edirəm ki, gənc nəsil nümayəndələri arasında teatr sənətinin tanıdılmasına dəstək olaq. Xahiş edirik, müvafiq xidmətə qanunvericiliklə nəzərdə tutulmuş xidmətlərlə əlaqədar tapşırıq verəsiniz”, – izahatnamədə yazılıb.

Tamaşalar Marneuli Mədəniyyət Mərkəzinin zalında, saat 18:00-da keçiriləcək.

İştirak sərbəstdir.

"Marneuli" Radiosu
Print