“Təsəvvür edək ki, Avropa İttifaqı bizə üzvlüyə namizəd
statusu verməyəcək. Bundan kim razı qalacaq? Yalnız
Rusiya”.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Bratislavada
keçirilən “GLOBSEC 2022” Qlobal Təhlükəsizlik Forumunda çıxışında
deyib.
O qeyd edib ki, namizəd statusunun təqdim edilməsi üzv olmaq demək
deyil:
“Biz Moldova, Gürcüstan və Ukraynada gənc
demokratiyaları təşviq etməliyik. Avropalı dostlarımızı
inandırmalıyıq ki, namizəd statusu hər üç ölkəyə təqdim
edilsin”.
İ.Qaribaşvilinin sözlərinə görə, namizəd statusunu əldə etmək
Gürcüstana əlavə motivasiya verəcək:
“Bu, bizim əldə
etdiyimiz tərəqqinin tanınması olacaq. Gürcüstan Avropa İttifaqına
inteqrasiya üçün qısa yol axtarmır. Biz bundan sonra da islahatları
davam etdirəcəyik”.
Baş nazir vurğulayıb ki, Gürcüstan ev tapşırığını yerinə yetirib və
Avropa İttifaqının cavabını gözləyir:
“Biz anlamalıyıq
ki, statusun verilməsi və yaxud verilməməsi siyasi, strateji
qərardır, həmçinin əxlaqi mövzudur”.
Mənbə: report.az