Gürcüstanın Avropa yolu – Marneulili gənclərə mühazirə keçirilib
3 iyun tarixində Marneuli İctimai Kitabxanasında Gürcüstan Parlamentinin Milli Kitabxanasının və Fridrix Ebert Fondunun “Gürcüstanın Avropa yolu” birgə layihəsi çərçivəsində görüş keçirilib.

Tədbirin məruzəçilərindən filoloq Oqtay Kazımov bildirir ki, əhaliyə Avropa dəyərlərini bir daha çatdırmağımız mühümdür. Həmin dəyərlər əsasən bərabərlik, stabillik və rəngarənglikdən keçir.

“Bütün ölkə miqyasında Avropalı olmaq problemdir. Çünki bugünkü hakimiyyətin kursu aydın şəkildə bizi bu yoldan dönməyə istiqamətləndirir və bu yol dünən çəkilməyib. Bu Gürcüstanın Qərbi, Avropa ailəsi adlanan özünün məxsus olduğu ailəsinə qayıtmasıdır. Bu gün həmin ailənin dəyərlərini daha yaxşı xatrılamağımız üçün daha bir tədbir keçirilir. Bir daha mövqeyimizi bildirək ki, bəli, biz Avropa İttifaqını, qərb sivilizasiyası ilə yaxın olmağı istəyirik. Çünki o bərabərlik, stabillik, rəngarəngliyin ilkin şərtidir. İndi bizim keçməli olduğumuz çətinlikləri, qərb əsrlər əvvəl keçib. Biz onların təcrübəsini bölüşməli və həyata keçirməliyik”, - Oqtay Kazımov bildirdi.

Gürcüstan Milli Kitabxanasının rəhbər müavini Mirian Xositaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, insanlara Gürcüstanın Avropa ilə əlaqədar keçmişini xatırlatmağımız mühümdür. Tədbir çərçivəsində Marneuli Kitabxanasında Gürcüstanın Avropa yoluna həsr edilmiş kitab guşəsi təşkil edilmişdi.

“Biz Gürcüstanın müxtəlif bələdiyyələrində yerli gənclərlə, yaşlı nəsillə görüşdük və Gürücstan-Avropa seçimindən söhbət açdıq. Qeyd etdik ki, Gürcüstan tarixən Avropanının bir hissəsi olub. Niyə, nəyə görə və nə baş verirdi - hamısı barədə danışdıq. Əminəm ki, bu tədbir yalnız Marneulidə deyil, eləcə də Gürcüstanın başqa bələdiyyələrində çox maraqlı şəkildə həyata keçiriləcək. Ən əsası odur ki, nəticə olacaq. Çünki tədbirlərlə yanaşı bütün Kitabxanalarda Gürcüstanın Avropa yoluna həsr edilmiş kitab guşələri açırıq”, - Mirian Xositaşvili bildirdi.




3 iyun tarixind Marneuli İctimai Kitabxanasında keçirilmiş görüşdə, siyasətçi Levan Lortkipanidze iştirakçılarla Avropa dəyərlərindən söhbət açıb.

“Bu layihə çərçivəsində insanlar gedir və başqalarına ilk Respublika qurduğumuz zaman Gürcüstanın Avropa dövləti olduğunu, Avropa İnstitutlarının olması barədə danışırlar. Həmin insttutları xatırlamaq əhali üçün mühümdür ki, bir dəfə, 100 il əvvəl malik olduğumuz Avropa ənənəsini mənimsəyək”-
Levan Lortkipanidze bildirdi.



Görüş çərçivəsində mövzuya uyğun sərgi təşkil edilmişdi.

Tədbirdə Marneuli bələdiyyəsinin müxtəlif məktəblərinin şagirdləri iştirak edirdilər.


Print ელ. ფოსტა
FaceBook Twitter Google