Marneulili şahmatçı yarışlarında qızıl medala layiq görülüb
Marneulidə yaşayan soydaşımız Emil Allahverdiyev şahmat üzrə yarışlarda qızıl medala layiq görülüb.

Gürcüstan Şahmat Federasiyasının təşkilatçılığı ilə iyunun 4-dən 5-dək keçirilən yarışlarda Marneulili idmçançılar da iştirak ediblər. “Çay evi” Şahmat Klubunun yetirməsi Emil Allahverdiyev IV dərəcə yarışlarında 7 mümkün xaldan 6 xal toplayaraq yarışı birinci pillədə başa vurub.

E.Allahverdiyev federasiyanın təşkil etdiyi III dərəcə yarışlarına vəsiqə qazanıb.

Qeyd edək ki, E.Allahverdiyev bundan əvvəlki V dərəcə yarışında 5,5 xal toplayaraq ikinci yerə sahib olub.

Mənbə: azertac.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google