Marneulidə yaşayan soydaşımız Emil Allahverdiyev şahmat üzrə
yarışlarda qızıl medala layiq görülüb.
Gürcüstan Şahmat Federasiyasının təşkilatçılığı ilə iyunun 4-dən
5-dək keçirilən yarışlarda Marneulili idmçançılar da iştirak
ediblər. “Çay evi” Şahmat Klubunun yetirməsi Emil Allahverdiyev IV
dərəcə yarışlarında 7 mümkün xaldan 6 xal toplayaraq yarışı birinci
pillədə başa vurub.
E.Allahverdiyev federasiyanın təşkil etdiyi III dərəcə yarışlarına
vəsiqə qazanıb.
Qeyd edək ki, E.Allahverdiyev bundan əvvəlki V dərəcə yarışında 5,5
xal toplayaraq ikinci yerə sahib olub.
Mənbə: azertac.az