Qiorqi Quşişvili: Azərbaycan zəngin mədəniyyətə malik ölkədir
Bu il Tbilisi Dövlət İncəsənət Akademiyasının 100 yaşı tamam olur. Belə bir əlamətdar vaxtda akademiyada dahi Azərbaycan şairi, böyük filosofu Nizamı Gəncəvinin 880 illiyinə həsr olunmuş "Nizami Gəncəvi və dünya mədəniyyəti" sərginin açılması bizim üçün qürurvericidir.

Bu sözləri akademiyanın rektoru professor Qiorqi Quşişvili söyləyib.

Azərbaycan ilə Gürcüstan arasindaki əlaqələrdən danışan rektor deyib ki, öz əsərləri ilə dünya mədəni irsini daha da zənginləşdirən N.Gəncəvi Gürcüstanda da çox sevilir. Onun əsərləri gürcü dilinə tərcümə olunub. Onun əsərlərinin tərcüməsi və bu sərginin açılması bizim dostluq və mədəni əlaqələrimizin inkişafına və daha da möhkəmlənməsinə xidmət edir.

Rektor deyib ki, Azərbaycanın zəngin mədəniyyəti, öz şah əsərləri ilə dünya ədəbiyyatında iz qoymuş şair və yazıçıları, mədəniyyət xadimləri var: "İnanıram ki, bizim mədəni əlaqələrimiz bundan sonra daha da möhkəmlənəcək və inkişaf edəcək".

Mənbə: azertac.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google