Marneuli Uşaq Bağçaları Birliyi 2 500 lari dəyərində su alıb
Marneuli Uşaq Bağçaları Birliyi Algeti uşaq bağçası üçün 2 500 lari dəyərində su alıb.

Birlik 10 ədəd 19 litrlik suyu sadələşdirilmiş qaydada “Borcomi Voter” MMC-dən alıb. Birliyin rəhbəri Zaur Kərəmovun sözlərinə görə, bu Algeti bağçası üçün içməli su alınması ilə bağlı ilk hal deyil. Həmin bağçaya illərdir, içməli su alınır. İndiki mərhələdə bağçaya yalnız texniki su verilir.

“Algeti bağçasında yalnız texniki su var və əsasən qab-qacaq üçün və ya vacib işlərə istifadə edirlər. Suyu 1 illik müddətə almışıq və tələbə uyğun olaraq bağçaya veririk”, - Zaur Kərəmov bildirdi.

Uşaq Bağçaları Birliyinin sözlərinə görə, bu miqdarda suyu yalnız Algeti bağçası üçün almalı olurlar. Bələdiyyənin başqa bağçalarında isə belə problem yoxdur.

Marneuli miqyasında ümumilikdə, 14 uşaq bağçası fəaliyyət göstərir.
Print ელ. ფოსტა
FaceBook Twitter Google