UNESCO Cənubi Qafqazın iki ərazisinə ilk dəfə xüsusi qoruq statusu verib
UNESCO-nun qərarı ilə Gürcüstanın Kaxeti bölgəsində yerləşən iki – Dedoplistskaro və Üç Alazani qorunan ərazilərinə biosfer qoruq statusu təqdim edilib.

Bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Təşkilatın “İnsan və biosfer” proqramı Beynəlxalq Əlaqələndirmə Şurasının Parisdə keçirilən 34-cü sessiyasında qəbul olunan qərarla həmin ərazilər Biosfer Qoruqlarının Dünya Şəbəkəsinə daxil edilib.

Nazirlikdən qeyd olunub ki, bu günədək Cənubi Qafqazda heç bir ərazi biosfer qoruq statusuna malik olmayıb. Dedoplistskaro və Üç Alazani biosfer qoruqları regionda ilk presedentlərdir.

Gürcüstanda biosfer qoruğun yaradılması və inkişafı potensialı 2015-ci ildən araşdırılır. Bu cür qoruğun yaradılması üçün Kaxeti bölgəsinə üstünlük verilib.

Qeyd edək ki, biosfer qoruqlar bioloji müxtəlifliyin qorunması və təbiətdən davamlı istifadə maraqları naminə insan və təbiətin harmonik qarşılıqlı əlaqəsini təşviq etmək üçün nəzərdə tutulub.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google