Gürcüstan lideri Azərbaycana təşəkkür edib
“Avropa İttifaqı Ukraynada müharibəni dayandırmalıdır. Bu, Ukrayna vətəndaşlarının tam iştirakı ilə baş verməlidir. Ukrayna vətəndaşları gələcək sülhün kontorlarını müəyyən etməlidirlər”.

Bu fikirləri Gürcüstan Prezidenti Salome Zurabişvili 16 iyun tarixində “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

“Sabah Gürcüstanda qadınların beynəlxalq konfransı da baş tutacaq. Biz beynəlxalq əməkdaşlığı gücləndirməliyik. Mən bu foruma ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkür edirəm və forumun fəaliyyətinə uğurlar arzulayıram”, - o vurğulayıb.

Mənbə: report.az
Print