“Bizim Qafqaza baxışımız regionda əməkdaşlıq,
inteqrasiya və sülhdür”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun
açılış mərasimində bildirib.
“Azərbaycan bu istiqamətdə ilk addımı atmaq üçün artıq
öz təkliflərini irəli sürüb və bu məsələni Gürcüstan tərəfi ilə
müzakirə edib. Gürcüstan hökuməti dialoqu başlatmaq üçün
Gürcüstanda Azərbaycan, Ermənistan və Gürcüstan XİN rəhbərlərinin
görüşünün keçirilməsi ideyasını dəstəkləyir. Lakin Ermənistan
tərəfi bundan imtina edir. Bunun səbəbini bilmirəm və heç bir
əsaslı izah tapa bilmirəm.
Bildiyim qədər, hətta Avropa institutlarından biri də bu təkliflə
çıxış edib, amma yenə də rədd cavabı verilib. Əgər Ermənistan sülh
istəmirsə, bəs nə istəyir? Əgər yeni müharibə istəyirsə, bunun
onlar üçün faciəvi fəsadları olacaq”, - dövlət
başçısı vurğulayıb.
Mənbə: report.az