Gürcüstanın sabiq Prezidenti: “Rusiya Ukraynada uğur qazansa, hamımızın həyatı fəlakətlə üzləşəcək”
“Bu müharibədə əgər Rusiya uğur qazansa, yalnız Ukrayna, Gürcüstan, Azərbaycan deyil, hamımızın həyatı fəlakətlə üzləşəcək”.

Bunu Gürcüstanın sabiq Prezidenti Qiorqi Marqvelaşvili IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal təhükəsizlik strukuruna və sülh perspektivlərinə təkrar baxış” adlı paneldə deyib.

Onun sözlərinə görə, ukraynalılar Gürcüstanın, avropalıların təhlükəsizliyi üçün müharibə aparır: “Əgər onlar məğlub olsa, bu təhlükəsizlik də olmayacaq. Ona görə də biz buna qarşı nəsə etməliyik”, - keçmiş dövlət başçısı söyləyib.

Mənbə: report.az
Print