Gürcüstanın paytaxtı Tbilisidə Qadınların Beynəlxalq Konfransı işə
başlayıb.
Tədbir Gürcüstan Prezidenti Salome Zurabişvilinin təşəbbüsü və
Administrasiyasının təşkilatçılığı ilə “Expo Georgia” mərkəzində
keçirilir.
Konfransda ali rəsmi qonaqlardan ATƏT Parlament Assambleyasının
sədri Marqarita Kaderfelt, Polşa Seyminin vitse-marşalı Malqojata
Qosevska, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə
köməkçisi Karen Donfrid, ATƏT-in Baş katibi Helqa Şmid, BMT Baş
katibinin müavini Amina Məhəmməd iştirak edir. Tədbirə Yunanıstan
Prezidenti Katerina Sakellaropulu və Moldova Prezidenti Maya
Sandunun da qatılacağı gözlənilir.
Dünyanın bir sıra ölkələrindən olan və müxtəlif sahələri təmsil
edən qadın liderlərin iştirak etdiyi konfransın əsas mövzusu
münaqişələr, sülh və sabitlikdir.
İştirakçılar münaqişələrdə qadınlar, qaçqın böhranı, gender əsaslı
zorakılıq, mədəniyyətlərin dialoqu, postmünaqişə dövründə, mədəni
irsin qorunmasında qadınların rolu və digər mövzularda panel
müzakirələri aparacaqlar.
Beynəlxalq konfrans öz işini bu gün başa çatdıracaq.
Mənbə: report.az