Kutaisidə yaşı 60 yaşlarında kişi öldürülüb
Kutaisidə 60 yaşlarında olan kişi öldürülüb. Hadisə bu günlərdə Çar Parnavaz küçəsində baş verib.

Yerli sakinlərin sözlərinə görə, ölən yerlidir. Qətlə nəyin səbəb olduğu hələlik məlum deyil.

Hadisə yerinə patrul polisi və kriminal polis qrupları səfərbər olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə istintaq başlayıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google