2022-ci ilin may ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə
Gürcüstanda beynəlxalq səyahətlərdən əldə olunan gəlirlər təxminən
4 dəfə (3,5 dəfə) artıb.
O cümlədən, GMB-nın saytında dərc olunan statistikaya əsasən, bu
ilin may ayında xarici səyahətçilərdən əldə olunan gəlir 258,6
milyon dollar təşkil edirdisə, bir il əvvəl bu rəqəm 73,8 milyon
dollar olub. 2020-ci ilin may ayında səyahət gəliri 9,1 milyon
dollar təşkil edib.
Maraqlıdır ki, ötən il belə aşağı göstərici koronavirus pandemiyası
və səyahət məhdudiyyətləri ilə bağlı olub.
2022-ci ilin son aylarının statistikasına gəlincə, GMB-nın
məlumatına görə, apreldə Gürcüstan beynəlxalq səyahətlərdən 188,6
milyon dollar, martda 174,5 milyon dollar; fevralda - 105,2 mln;
yanvarda - 114 milyon ABŞ dolları əldə edib.