Beynəlxalq səyahətlərdən əldə olunan gəlirlər demək olar ki, dörd dəfə artıb
2022-ci ilin may ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə Gürcüstanda beynəlxalq səyahətlərdən əldə olunan gəlirlər təxminən 4 dəfə (3,5 dəfə) artıb.

O cümlədən, GMB-nın saytında dərc olunan statistikaya əsasən, bu ilin may ayında xarici səyahətçilərdən əldə olunan gəlir 258,6 milyon dollar təşkil edirdisə, bir il əvvəl bu rəqəm 73,8 milyon dollar olub. 2020-ci ilin may ayında səyahət gəliri 9,1 milyon dollar təşkil edib.

Maraqlıdır ki, ötən il belə aşağı göstərici koronavirus pandemiyası və səyahət məhdudiyyətləri ilə bağlı olub.

2022-ci ilin son aylarının statistikasına gəlincə, GMB-nın məlumatına görə, apreldə Gürcüstan beynəlxalq səyahətlərdən 188,6 milyon dollar, martda 174,5 milyon dollar; fevralda - 105,2 mln; yanvarda - 114 milyon ABŞ dolları əldə edib.

Mənbə: BPN
Print