19 iyun tarixində Kvemo Kartlidə
“azadlıq üçün
velotur” keçiriləcək.
Fəaliyyətin məqsədi Avropa dəyərlərinin populyarlaşdırılması və
Gürcüstanın Avro inteqrasiyasına dəstək göstərməkdir. Velotur
marşrutu Kvemo Kartlinin 3 bələdiyyəsinin ərazisindən keçəcək:
- Dmanisi;
- Bolnisi;
- Marneuli.
Velotur Dmanisidən, bazar ərazisindən başlayacaq. Mərkəzi yolla,
Bolnisini keçməklə tur Marneulidə başa çatacaq.
“Rusiya tərəfindən Gürcüstanın işğalı və aqressiya
yalnız avqust müharibəsi ilə əhatə olunmur. Müharibə bu gün də
davam edir. Rusiyanın Ukraynaya hücumu və işğalı nəticəsində
regionun geosiyasi vəziyyəti kifayət qədər gərgindir. Regionun
ölkələri, həmçinin, Gürcüstan seçim və qərar qəbul etmə qarşısında
qalıb. İctimaiyyət düzgün yolu seçir. Rus aqresiyasından imtina
edən və avroatlantika inteqrasiyasının tərəfdarı olan
yol”, – tədbirin izahatında yazılıb.
Tədbir CENN tərəfindən, Avropa İttifaqının dəstəklədiyi
“Mülki cəmiyyətin inkluziv və yaşıl post-kovid bərpa üçün
gücləndirilməsi” layihəsi çərçivəsində keçirilir.
Veloturun təşkilatçıları Həmrəylik Muzeyi, “Marneuli” radiosu,
Mülki İştirak və Aktivizm Mərkəzidir.