Eka Tkeşelaşvili: “Azərbaycan regionda sülh və sabitliyə sadiqdir”
“Azərbaycan regionda sülh və sabitliyin bərqərar olmasına sadiqdir”.

Bunu Gürcüstanın sabiq Baş nazirinin müavini Eka Tkeşelaşvili deyib.

“Problemlərin həlli və regionda sülhün təməlinin qoyulması üçün unikal məqam yaranıb. Biz Azərbaycanın regionda sülh və sabitliyin qurulmasına sadiq olduğunu aydın şəkildə görürük. Azərbaycan Ermənistan da daxil olmaqla, bütün ölkələrlə əməkdaşlığa hazırdır. O, Ermənistanla bütün məsələləri, o cümlədən bu dövlət ilə sərhədin delimitasiyası məsələsini həll etməyə hazırdır”, - o bildirib.

E.Tkeşelaşvilinin sözlərinə görə, Gürcüstan bu məsələdə fəal iştirak etməyə və regionun bütün ölkələrinin nümayəndələrinin iştirakı ilə üçtərəfli görüş keçirməyə hazırdır.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google