Marneuli meriyası 11 kondisionerin alınması üçün 15 254 lari
xərcləməyi planlaşdırır.
Yerli özünüidarə texnikanı almaq üçün 16 iyun tarixində tender elan
edib.
Sənədə əsasən, meriya 5 ədəd 60-65 kv. m. sahə üçün, 6 ədəd isə 40
kv. m. sahə üçün nəzərdə tutulmuş kondisioner alacaq. Texnikanı
qızdırma-sərinləndirmə funksiyası olacaq. Yerli özünüidarədən
“Marneuli” radiosuna bildirdilər ki, kondisionerlərin bir qismi
otaqlara yerləşdiriləcək. Həmin otaqlarda heç vaxt kondisioner
quraşdırılmayıb.
Tenderdə iştirak etmək istəyən namizədlər 22-24 iyunda dövründə
təkliflərini təqdim edə bilərlər. Qalib şirkət meriya ilə müqavilə
bağladıqdan 7 gün ərzində texnikanı təhvil verməlidir.
Qeyd edək ki, ötən həftə Marneuli yerli özünüidarəsi 54
kondisionerin təmizlənməsi/təmirinə 2 875 lari xərcləyib. Bələdiyyə
Məclisi və meriyadakı sərinləndirici qurğuların bir qismini
kondisionerlər əvəz edəcək, əksəriyyətinə isə xüsusi məhlul
doldurulub.