Gürcüstanın Rusiyadan idxal etdiyi un bahalaşıb.
2022-ci ilin may ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə unun
dəyəri 54% artıb.
Daha dəqiq desək, əgər ötən ilin may ayında Gürcüstan Rusiya ununun
bir tonunu orta hesabla 280 dollara alırdısa, bu il qiymət 431
dollara qalxıb.
2022-ci ilin ayları üçün göstəriciyə gəlincə, bu belə görünür:
(İdxal dəyəri / həcmi)
- Yanvar - 2 956 milyon dollar - 8 889 ton (orta qiymət -
332,6 ton)
- Fevral - 4,682 milyon dollar - 14 001 ton (orta qiymət
- 334,4 dollar)
- Mart - 2,507 milyon dollar - 8,612 ton (orta qiymət -
291,1 ton)
- Aprel - 5 989 milyon dollar - 16 170 ton (orta qiymət -
3370,3 dollar)
- May - 6 310 milyon dollar - 14 648 ton (orta qiymət -
ton üçün 431 dollar)
Çörək İstehsalçıları Assosiasiyasının rəhbəri Rusiyadan gətirilən
unun qiymətinin artması ilə bağlı “Business Press News”a açıqlama
verib. Malxaz Dolidze bildirib ki, “Rusiyada un satıcıları
Gürcüstanda dəyirmanların işləmədiyini və alternativin olmadığını
biləndə qiymətləri kəskin artırıblar. Bazar iqtisadiyyatı o
zamandır ki, istehlakçıların seçim imkanı var, lakin indi bütün
dəyirmanlar bağlandıqdan sonra bu imkan demək olar ki, mövcud
deyil”.