Gürcüstanda xarici valyutada kreditlər bahalaşacaq - Banklar Assosiasiyası
ABŞ-ın yenidən maliyyələşdirmə kreditləri üzrə faiz dərəcəsi rekord həddə çatıb, daha dəqiq desək, Federal Ehtiyat Sistemi yenidən maliyyələşdirmə dərəcəsini 0,75% artırıb. FED əsas dərəcəsi 2,25-2,5% arasında dəyişir. Banklar Assosiasiyasının rəhbəri Aleksandr Dzneladzenin “Business Palitra” nəşrinə verdiyi məlumata görə, bunun fonunda Gürcüstanda xarici valyutada kreditlərin faiz dərəcəsinin 3-4% artacağı gözlənilir. Onun sözlərinə görə, indiki reallıqda xarici valyutada kreditlər üzrə faiz dərəcəsi artıq təxminən 0,5% artıb.

“Artıq bu həftə xarici valyutada olan kreditlərin faiz dərəcəsinin 3% artacağı gözlənilir və ya bu rəqəmin daha yüksək olub 4%-ə çatması da mümkündür. Onu da qeyd edək ki, 2020-ci ilin sonundan etibarən faiz dərəcələri artıq 0,5% artıb və sizə əvvəldə dediyim kimi, ABŞ Federal Ehtiyat Sisteminin qərarından sonra bu rəqəmin daha da artacağı gözlənilir”, - deyə Aleksandr Dzneladze bildirib.

Onu da xatırlatmaq istərdik ki, cari ilin aprel ayında dollarla verilən kreditlər üzrə orta faiz dərəcəsi 7,31% müəyyən edilib.

Mənbə: BPN
Print ელ. ფოსტა
FaceBook Twitter Google