ABŞ-ın yenidən maliyyələşdirmə kreditləri üzrə faiz dərəcəsi rekord
həddə çatıb, daha dəqiq desək, Federal Ehtiyat Sistemi yenidən
maliyyələşdirmə dərəcəsini 0,75% artırıb.
FED əsas dərəcəsi 2,25-2,5% arasında dəyişir. Banklar
Assosiasiyasının rəhbəri Aleksandr Dzneladzenin “Business Palitra”
nəşrinə verdiyi məlumata görə, bunun fonunda Gürcüstanda xarici
valyutada kreditlərin faiz dərəcəsinin 3-4% artacağı gözlənilir.
Onun sözlərinə görə, indiki reallıqda xarici valyutada kreditlər
üzrə faiz dərəcəsi artıq təxminən 0,5% artıb.
“Artıq bu həftə xarici valyutada olan kreditlərin faiz
dərəcəsinin 3% artacağı gözlənilir və ya bu rəqəmin daha yüksək
olub 4%-ə çatması da mümkündür. Onu da qeyd edək ki, 2020-ci ilin
sonundan etibarən faiz dərəcələri artıq 0,5% artıb və sizə əvvəldə
dediyim kimi, ABŞ Federal Ehtiyat Sisteminin qərarından sonra bu
rəqəmin daha da artacağı gözlənilir”, - deyə
Aleksandr Dzneladze bildirib.
Onu da xatırlatmaq istərdik ki, cari ilin aprel ayında dollarla
verilən kreditlər üzrə orta faiz dərəcəsi 7,31% müəyyən edilib.