Gürcüstanda son həftə ərzində daha 616 nəfərdə koronavirus infeksiyası aşkarlanıb
Gürcüstanda son həftə ərzində daha 616 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

İyunun 13-dən 19-dək olan müddətdə daha 482 nəfər müalicə olunaraq sağalıb, 1 nəfər isə ölüb.

Ölkədə indiyədək COVID-19-a 1 659 371 yoluxma halı təsdiqlənib. Yoluxanların 1 641 830-u sağalıb, 16 839-u vəfat edib.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google