2022-ci ilin ilk 5 ayında Gürcüstandan 79,8 milyon dollar
dəyərində, 27 141 ton şərab ixrac edilib.
Bu da ötən illə müqayisədə 3,7% azdır. 2021-ci ildə Gürcüstan ixrac
üçün 82,8 milyon dollar dəyərində 27 416 ton təbii üzüm satıb.
“Business Press News” Gürcüstandan şərabın ixrac olunduğu ölkələrin
siyahısı ilə maraqlanıb.
2022-ci ilin yanvar-may aylarında şərabın ixrac edildiyi 10
ölkə:
- Rusiya - 17 070 ton (46,1 milyon ABŞ
dolları)
- Polşa - 2 254 ton (5,7 milyon dollar)
- Çin - 1 721 ton (5,8 milyon dollar)
- Ukrayna - 1 154 ton (2,9 milyon dollar)
- Qazaxıstan - 1 089 ton (3,4 milyon
dollar)
- Latviya - 597 ton (1,8 milyon ABŞ
dolları)
- Belarus - 537 ton (1,6 milyon dollar)
- Almaniya - 343 ton (1,5 milyon dollar)
- Litva - 317 ton (937 min ABŞ dolları)
- ABŞ - 298 ton (1,9 milyon ABŞ dolları)