"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti marşrut şəbəkəsini
inkişaf etdirməyə davam edərək, iyul ayında Bakıdan Gürcüstanın
paytaxtı Tbilisi şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.
AZAL-dan verilən məlumata görə, Bakı-Tbilisi-Bakı marşrutu üzrə
reyslər aviaşirkət tərəfindən həftədə üç dəfə - bazar ertəsi,
çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək. İlk reys 1 iyul
tarixində baş tutacaq.
AZAL-ın bu və digər reyslərinə aviabiletləri aviaşirkətin rəsmi
www.azal.az saytında və
aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək
mümkündür.
Qeyd etmək lazımdır ki, Bakı-Tbilisi-Bakı istiqamətində eyni
zamanda "Buta Airways" aşağıbüdcəli aviaşirkəti hər gün iki dəfə
uçuşlar həyata keçirir.
Qeyd olunan reyslərə müəyyən edilmiş daşıma şərtlərinə uyğun olan
və mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə
verilən sərnişinlər qəbul ediləcək.
Gürcüstana səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan
əvvəl ölkəyə daxil olma qaydaları ilə tanış olmaq tövsiyə olunur:
https://www.azal.az/ru/information/covid-georgia.
Azərbaycana giriş qaydaları haqqında məlumatla buradan tanış olmaq
mümkündür:
https://www.azal.az/ru/information/covid-azerbaijan.