Taxıl böhranını həll etmək üçün İstanbulda dördtərəfli görüş
keçiriləcək.
Türkiyə Prezidenti Administrasiyasından yayılan xəbərə görə,
görüşdə Türkiyə, Rusiya, Ukrayna və BMT rəsmiləri iştirak
edəcəklər. Sammitdə Rusiya və Ukrayna nümayəndə heyətləri ilə
yanaşı, prezident Ərdoğan və BMT-nin baş katibi də iştirak edə
bilər.
Görüşün yaxın on gün ərzində baş tutacağı bildirilib.
Həmçinin, bu həftə hərbi nümayəndə heyətinin Ukrayna limanlarında
yığılıb qalmış taxılın daşımasının təfərrüatlarını müzakirə etmək
üçün Rusiyaya gedəcəyini vurğulanıb.
Mənbə: oxu.az