Biz Avropanı ona görə istəyirik ki, Avropa bərabərlik koalisiyasıdır – Oqtay Kazımovun “Evə, Avropaya doğru” aksiyasında çıxışı
Bu gün, 24 iyun tarixində Rustaveli prospektində “Evə, Avropaya doğru” aksiya keçirilir. Aksiyada deoliqarxizasiya tələbləri və Gürcüstanı Avropa ittifaqına üzvlüyə namizədliyi barədə söhbət açılıb.

Çoxsaylı çıxış edənlər arasında filoloq Oqtay Kazımov da olub.

“Dostlar, sizi salamlayıram. Bu gün, hakimiyyət nümayəndələri Avropanı bizim üçün mənasız söz, heç bir nəticə verməyən kimi göstərmək istəyirlər. Onlar özləri yanlış məlumat mənbəyi kimi özlərini göstərirlər. Ancaq Avropa Fartazın, İohane Atonelinin ürəyindən keçib. Dostluğa doğru ideya Davit Ağmaşenebelinin ürəyindən keçib və o, 80 uşağı Bizansa təhsil almağa göndərib. Avropaya doğru ideya qərbə doğru tələsən Sulxan Sabanın və bütün gürcü çarlarının ürəyindən keçib. Avropaya doğru getmək ideyasını Davit və İohan Batonişvililərin, İohane Xelaşvilinin ürəyindən keçib. O, Solomon Dodoaşvilinin müəllimi idi. Bu ideya Solomon Dodoşvilinin, Terqdaleulilərin ürəyindən keçib. 1918-ci ilin ilk respublika hökmdarlarının ürəyindən keçib və İvanişvili, onun kölələri kimdir ki, bizim ölkənin qərb ailəsinə tarixi, əbədi tələsməsini dayandırsınlar. Biz qərb ailəsinin üzvüyük. Dostlar, böyük İlianın yolçusunun məktublarında, Lebtğunia ürək ağrısı ilə deyir ki, dünən öz başımız özümüzə məxsus idi və bu gün bunu müzakirə edirlər ki, bizə məxsus olsun, əlbəttə, bizə məxsus olsun, amma məxsus olmaq tərəfin bir-birinə bağlanması, söykənməsi deməkdir, bu gün siz bunun aydın nümunəsiniz, məhz bu ideyanı nəzərdə tuturdu ki, vətəndaşlar arasında bir fikir, ideya, istiqamət, məqsədyönlülük olmalıdır. Öz başımız özümüzə məxsus olmalıdır demək təcrid, bizi öz qabığımıza qapatmaq demək deyildi. Əksinə, kolasiya, bax həqiqi güc budur və biz ona görə, Avropanı istəyirik ki, Avropa bərabərlik koalisiyadı, qardaş dövlətlər koalisiyası, qardaşlıq koalisiyasıdır. Çox sağ olun ki, belə möhkəm qələbə ilə dayanırsınız. Vajanın dediyi kimi, bu gün elə vəziyyətdəyik ki, o tərəfdə sənsən, bu tərəfdə mən,ortamızdan çay axır. Bu gün Avropa ilə bizim aramızdakı bu maneə Rusiyad hökumətidir. Biz bu gün gələcək nəsillərimiz üçün körpüyə çevrilməliyik. Biz bugünkü Gürcüstanla Avropa İttifaqı arasında körpüyə çevrilməliyik və bilməlisiniz ki, Rubikonu artıq aşmışıq”, – Oqtay Kazımov dedi.

Gürcüstan Avropa İttifaqına namizədlik statusu qazana bilmədikdən sonra Gürcüstan Parlamentinin qarşısında aksiyalar planlaşdırıldı. Gürcüstana Avropa İttifaqına namizədlik statusu qazanmaq üçün islahatları həyata keçirməyə 6 ay müddət veriblər.


Print ელ. ფოსტა
FaceBook Twitter Google