Biz də Gürcüstan azərbaycanlıları olaraq bütün Gürcüstanla birlikdəyik – Samirə Bayramovanın “Evə, Avropaya doğru” aksiyada çıxışı (VİDEO)
22:21 / 24.06.2022
Bu gün, 24 iyun tarixində Rustaveli prospektində “Evə, Avropaya
doğru” aksiya keçirilir. Aksiyada deoliqarxizasiya tələbləri
və Gürcüstanı Avropa ittifaqına üzvlüyə namizədliyi barədə söhbət
açılıb.
Çoxsaylı çıxış edənlər arasında Marneulili mülki fəal və hüquq
müdafiəçisi Samirə Bayramova da var idi.
“Sizi salamlayıram. Çox sevinirəm ki, bu gün bütün
Gürcüstan buradadır və Kvemo Kartli də həmçinin, Gürcüstandır, mən
də buradayam. Mən Gürcüstan azərbaycanlısıyam, həmçinin, mən də
Avropalıyam. Mənim ad və soyadıma görə qorxursunuz? Məncə xeyr,
amma bu hökumət və bu zorakı sistem qorxur. Mən Gürcüstandan ilk
siyasətçi, müsəlman qadın olan Pərixanım Sofiyevanın nəvəsiyəm. Mən
İkinci Ereklenin ən yaxın dostu olan Xudu Borçalının nəvəsiyəm. Biz
birlikdə güclüyük. Nə mən, nə də bu ölkədə yaşayan etnik
azərbaycanlılar və ya etnik azlıqlar deyil, Rusiya həmişə
Gürcüstana nifaq salır. Necə mənim əcdadlarım Gürcüstanın ən
əməksevər, cəsarətli vətəndaşları idi, eləcə də mən həmişə
sizinləyəm. Onlar Gürcüstanın sadiq vətəndaşları idilər və bu gün
ona görə buradayam göstərim ki, biz də, Gürcüstan azərbaycanlıları
da bütün Gürcüstanla birlikdəyik. Dostlar, həmişə müxtəlif
qrupların nifrət dilinin obyektinə çevrilirəm. Çünki Davit Qareci
məsələsində məni günahlandırırlar. Ancaq mən Gürcüstan
vətəndaşıyam. Bəli, azərbaycanlıyam, amma başqasına deyil sizə
aidəm. Siz bu problemin həllini hökumətdən tələb etməlisiniz, çünki
bütün bunlar onların problemidir. Biz birlikdə
güclüyük”, – Samirə Bayramova.
Gürcüstan Avropa İttifaqına namizədlik statusu qazana bilmədikdən
sonra Gürcüstan Parlamentinin qarşısında aksiyalar planlaşdırıldı.
Gürcüstana Avropa İttifaqına namizədlik statusu qazanmaq üçün
islahatları həyata keçirməyə 6 ay müddət veriblər.