Marneulidə yaşayış binasının eyvanı uçub - ölən və yaralananlar var
Bu gün, 26 iyun tarixində günün ikinci yarısında, Marneuli şəhərində yaşayış binasının eyvanı uçub. Hadisə Nəriman Nərmimanov küçəsində baş verib. Məlumata görə, 5-ci mərtəbədəki mənzilin eyvanının uçması nəticəsində 4-cü mərtəbədəki eyvan da dağılıb.

"Marneuli" radiosunun məlumatına görə, qəza nəticəsində bir nəfər dünyasını dəyişib, iki nəfər isə yaralanıb. Xəsarət alanlar arasında azyaşlı uşaqlar da var.

Xəsarət alanlar arasında biri 8 yaşlı uşaqdır. Onu Marneulinin "Geo Hospitals" klinikasına aparıblar. Klinikanın nümayəndəsinin "Marneuli" radiosuna bildirdiyinə görə, xəstənin çoxsaylı sınıqları var və Tbilisiyə, xüsusi klinikaya yerləşdirirlər.

Hadisə yerinə polis və xilasedicilər cəlb olunub.

Təfərrüatları Daxili İşlər Nazirliyindən araşdırırıq. (Material yenilənəcək)

Print ელ. ფოსტა
FaceBook Twitter Google