Məlumata görə, Marneuli şəhərinin Nərimanov küçəsində yaşayış
binasının iki eyvanının uçması nəticəsində 1 nəfər dünyasını
dəyişib, 3 nəfər isə yaralanıb.
Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata
görə, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 240-cı
maddəsi ilə araşdırma aparılır. Həmin maddə mədən, tikinti və ya
digər işlərin görülməsi zamanı təhlükəsizlik qaydalarını pozma,
sağlamlığa az və ya ağır zərər vurmasını nəzərdə tutur.
Xəsarət alanlardan biri, 8 yaşlı uşaq Marenulidəki "Geo-Hospitals"
klinikasına aparılıb. Klinikanın nümayəndəsi "Marneuli" radiosuna
bildirdi ki, xəstənin çoxsaylı sınıqları var idi və Tbilisiyə,
xüsusi klinikaya yerləşdirirlər.
Hadisə axşam saatlarında baş verib.