Gürcüstanın Konstitusiya Məhkəməsi hökumətin prezidentə qarşı iddiasını qəbul edib
Gürcüstanın Konstitusiya Məhkəməsi “Gürcüstan hökuməti Gürcüstan Prezidentinə qarşı” iddiasına baxacaq.

Konstitusiya iddiasına məhkəmənin Plenumunda baxılması məqsədəuyğun hesab edilib.

Məhkəmənin qərarında bildirilib ki, Gürcüstan hökuməti iyunun 10-da konstitusiya şikayəti təqdim edib. İddiada səfirlərin və diplomatik missiyaların rəhbərlərinin təyinatı və vəzifədən azad edilməsi ilə bağlı hökumət və Gürcüstan Prezidenti arasında səlahiyyətlərin bölünməsi tələb olunur.

Gürcüstan hökuməti bildirib ki, Konstitusiya Gürcüstan Prezidentinə ölkənin daxili və ya xarici siyasətinin həyata keçirilməsində iştirak etmək səlahiyyətini vermir. Bu müstəsna səlahiyyət Gürcüstan hökumətinə məxsusdur.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinə müraciətin səbəbi prezidentin hökumətin təqdimatı ilə bir sıra ölkələrə səfir təyinatından imtina etməsi olub. Gürcüstanın Prezident Administrasiyasından iddiaya cavab olaraq isə bildirilib ki, 2021-ci ilin yanvarın 1-dən 2022-ci ilin martın 21-dək olan dövrdə hökumət səfir və diplomatik missiya rəhbərləri vəzifəsinə 12 namizəd təqdim edib və dövlət başçısı onların hamısının təyinatı haqqında fərman imzalayıb.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google