Gürcüstanda intensiv yağışlar səbəbindən Terek çayının daşması
nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars
avtomobil yolu bütün növ nəqliyyat vasitələrinin hərəkəti üçün
bağlanıb.
Mürəkkəb meteoroloji vəziyyətlə əlaqədar olaraq Gürcüstan-Rusiya
sərhədindəki “Kazbeqi” gömrük-keçid məntəqəsi də müvəqqəti olaraq
fəaliyyətini dayandırıb.
Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib ki,
gömrük-keçid məntəqəsində bütün gömrük nəzarəti prosedurları
dayandırılıb. Həmçinin fiziki şəxslərin də dövlət sərhədini keçməsi
mümkünsüz olub.
Hava şəraiti yaxşılaşdıqdan və bərpa işləri başa çatdıqdan sonra
“Kazbeqi” gömrük-keçid məntəqəsi əvvəlki kimi tam gücü ilə
fəaliyyətini davam etdirəcək, sərnişinlərin hərəkəti və yüklərin
daşınması problemsiz həyata keçiriləcək.
Qeyd edək ki, Mtsxeta-Stepantsminda-Lars avtomobil yolu Ermənistanı
Rusiya ilə birləşdirən yeganə quru və alternativi olmayan
yoldur.
Mənbə: report.az