Gürcüstanın Batumi limanına iyunun 26-da daxil olan Türkiyə bayrağı
altında üzən gəmiyə gömrük xidmətləri göstərilməyib.
Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən
bildirilib.
Qeyd olunub ki, prosedurlara imtinanın verilməsinə səbəb gəmi ilə
daşınan neft məhsullarının sanksiyalara məruz qalan şirkətə məxsus
olmasıdır. Yüklə dolu gəmi hazırda Batumi limanını tərk edir.
Xidmətin yaydığı məlumata əsasən, aparılmış yoxlamalar zamanı
müəyyən edilib ki, nə gəmi, nə də onun sahibi beynəlxalq
sanksiyalar siyahısında yer alıb. Buna müvafiq olaraq gəminin
Gürcüstan limanına daxil olmasına icazə verilib.
Mənbə: report.az