Gürcüstanda Kurortların İnkişafı üzrə Agentlik yaradılıb.
Yeni qurum ölkənin İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin
nəzdində fəaliyyət göstərəcək.
Agentliyin əsas məqsədləri balneoloji, dağ və digər kurortların
inkişafı, yeni, potensiallı kurortların tədqiqi və müvafiq baş
planların hazırlanması, müvafiq infrastrukturun qurulması üçün
müxtəlif qurumlarla əməkdaşlıq, sərmayələr və qrantların cəlb
edilməsindən ibarət olacaq.
Yeni dövlət qurumuna Sandro Onoprişvili rəhbərlik edəcək. O,
2018-ci ildən iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin
mədənçıxarma sənayesi məsələləri üzrə müşaviri olub.
Gürcüstanda 300-ə yaxın kurort və kurort yeri var.
Mənbə: report.az