Gürcüstanda Rusiyaya yollanan nəqliyyat vasitələrinin sahibləri
Azərbaycanla sərhəddəki “Qırmızı körpü” və “Laqodexi” gömrük
məntəqələri vasitəsilə sərhədkeçmə prosedurlarını həyata keçirə
bilərlər.
Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən
bildirilib.
Qurum qeyd edib ki, Dəryal dərəsindəki mürəkkəb meteoroloji
vəziyyətlə əlaqədar olaraq Gürcüstan-Rusiya sərhədindəki “Kazbeqi”
gömrük-keçid məntəqəsi müvəqqəti olaraq fəaliyyətini
dayandırıb.
Hava şəraitinin yaxşılaşması və bərpa-möhkəmləndirmə işlərindən
sonra “Kazbeqi” məntəqəsi adi rejimdə fəaliyyətini davam
etdirəcək.
Mənbə: report.az