“Bölgədəki vəziyyəti nəzərə
alaraq, ərzaq təhlükəsizliyini təmin etmək üçün yerli istehsal
buğda və arpanın yalnız daxili bazarda satılması
vacibdir”,
– deyə Ekologiya və Kənd Təsərrüfatı Naziri Otar Şamuqia
bildirib.
Nazirin sözlərinə görə, Gürcüstanın buğda idxalından tamamilə asılı
olmasına (ildə 500 min ton) və kiçik istehsal səbəbindən ixrac edə
bilməməsinə baxmayaraq, mövcud vəziyyət ölkədən müəyyən miqdarda
buğdanın ixracı riskini yaradır.
Arpaya gəlincə, Gürcüstan arpası İraq və İrana ixrac olunur.
Heyvandarlıq, quşçuluq və donuzçuluq sektorunda ərzaq resursu olan
arpanın hazırkı mərhələdə yalnız yerli bazarda satılması vacibdir.
Bu il proqnozlaşdırılan arpa məhsulu 60 min ton civarındadır. Bu
günə olan məlumata görə, artıq 2,5 min tondan çox arpa ixrac
edilib.
“Bütün qeyd olunanları nəzərə alaraq, hökumət bu il
iyulun 4-dən 2023-cü il iyulun 4-dək Gürcüstandan buğda və arpa
ixracının qadağan edilməsi barədə qərar qəbul edib. Bu mərhələdə
məhdudiyyətlər qarğıdalı ixracına şamil edilmir. Ekologiya və Kənd
Təsərrüfatı Nazirliyində buğda və arpa istehsalçıları ilə bir sıra
görüşlər keçirilib, onların mövqeləri dinlənilib. İstehsalçıların
fikrincə, yerli bazar mövcud tələbata görə ölkədə istehsal olunan
məhsulu tam qəbul edəcək”, – deyə Otar Şamuqia
bildirib.