Biz zəruri islahatların həyata keçirilməsində Gürcüstanı dəstəkləməyə sadiqik – Şarl Mişel
Avropa Şurasının prezidenti Şarl Mişelin sözlərinə görə, Avropa İttifaqı Gürcüstanı dəstəkləməyə sadiqdir ki, ölkə lazımi islahatları həyata keçirməklə Avropaya inteqrasiya yolunda irəliləsin.

Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşdən sonra Twitter səhifəsində yazıb. Qaribaşvili və Mişel iyunun 29-da Madriddə NATO sammiti zamanı görüşüblər.

“Mən baş nazir İrakli Qaribaşviliyə Avropa İttifaqının Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təsdiqlədim. Bu, həqiqətən də geostrateji məqamdır.

Keçən həftə Avropa Şurası Gürcüstana Avropa Birliyinə üzv olmaq perspektivi vermək qərarına gəlib. Biz çox ehtiyac duyulan islahatları həyata keçirmək üçün bu prosesi dəstəkləməyə davam edəcəyik",
- Şarl Mişel yazıb.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google