Avropa Şurasının prezidenti Şarl Mişelin sözlərinə görə, Avropa
İttifaqı Gürcüstanı dəstəkləməyə sadiqdir ki, ölkə lazımi
islahatları həyata keçirməklə Avropaya inteqrasiya yolunda
irəliləsin.
Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel
Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşdən sonra
Twitter səhifəsində yazıb. Qaribaşvili və Mişel iyunun 29-da
Madriddə NATO sammiti zamanı görüşüblər.
“Mən baş nazir İrakli Qaribaşviliyə Avropa İttifaqının Gürcüstanın
ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təsdiqlədim.
Bu, həqiqətən də geostrateji məqamdır.
Keçən həftə Avropa Şurası Gürcüstana Avropa Birliyinə üzv olmaq
perspektivi vermək qərarına gəlib. Biz çox ehtiyac duyulan
islahatları həyata keçirmək üçün bu prosesi dəstəkləməyə davam
edəcəyik", - Şarl Mişel yazıb.