İlkin hesablamalara görə, 2022-ci ilin may ayında əvvəlki ilin eyni
dövrü ilə müqayisədə real Ümumi Daxili Məhsul (ÜDM) artımı 11,6
faiz, 2022-ci ilin ilk beş ayı üzrə orta göstərici isə 11,2 faiz
təşkil edib. Bu barədə Milli Statistika İdarəsi məlumat yayıb.
Milli Statistika İdarəsinin məlumatına görə, 2022-ci ilin may
ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə demək olar ki,
bütün sektorlarda artım müşahidə olunub.
"Aşağıdakı sektorlar artıma əhəmiyyətli töhfələr verib: nəqliyyat
və anbar, elektrik enerjisi, qaz, buxar və kondisioner təchizatı,
otellər və restoranlar, istehsal, tikinti və mədən
sənayesi", - Millii Statistika İdarəsinin bəyanatında
deyilir.