Rus işğalçıları Xarkovun mühüm infrastruktur obyektlərindən birinə
hücum ediblər.
Bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının son məlumatında
deyilir.
"Xarkov: səhər saat 4:00-da işğalçılar şəhərin mühüm
infrastruktur obyektlərindən birinə hücum ediblər. İlkin məlumata
görə, mülki əhali arasında itki yoxdur", - məlumatda
deyilir.
Səhər sursat fərdi yaşayış evinə də düşüb. Yaxınlıqdakı evin və
məktəbin pəncərələri sınıb. Nəticədə 54 yaşlı ev sahibi xəsarət
alaraq xəstəxanaya yerləşdirilib.
"Gün ərzində bölgədə Çuqevski, Xarkov və İzumsk
rayonları atəşə tutulub. Gün ərzində - 4 nəfər yaralanıb: Xarkovda
- 1, Çuqevski rayonunda - 2, Xarkov rayonunda - 1", -
məlumatda deyilir.