“Evə - Avropaya tərəf!” aksiyasının iştirakçıları üçün rayonlardan avtobuslar təşkil olunub
İyulun 3-də “Lelo” partiyası “Evə - Avropaya tərəf!” aksiyasında iştirak etmək istəyənlər üçün Gürcüstanın müxtəlif şəhərlərindən Tbilisiyə avtobuslar ayırıb.

“Lelo”nun avtobusları Tbilisi istiqamətində aşağıdakı şəhərlərdən yola düşəcək:
  • Batumi;
  • Zuqdidi;
  • Abaşa;
  • Tsalencixa;
  • Çxorotsku;
  • Xaraqauli;
  • Zestafoni;
  • Çiatura;
  • Tkibuli;
  • Tsagqeri;
  • Saqareco;
  • Qori.
Qeyd olunan avtobusdan istifadə edənlər ətraflı məlumat üçün +995 322 23 2288 nömrəsinə zəng etməlidirlər.

“Evə - Avropaya tərəf” aksiyasını vətəndaş təşkilatları təşkil edir və ona əsas müxalifət partiyaları da qoşulur.

İlk belə aksiya iyunun 24-də keçirilib, o zaman əsas tələblər irəli sürülüb:

Baş nazir İrakli Qaribaşvili bir həftə ərzində istefa versin, "qış gələnə qədər Avropa Birliyinin 12 tələbini yerinə yetirəcək milli konsensus hökuməti yaradılsın".

Mitinqin təşkilatçıları, o cümlədən “Utanc” hərəkatı iyulun 3-də Gürcüstanın bütün regionlarından insanların yürüş edəcəyini və parlamentin yaxınlığında növbəti aksiyanın keçiriləcəyini qeyd ediblər.

“Və biz burada qalacağıq və oliqarxiya dağılana qədər dağılmayacağıq!”, - Şota Diqmelaşvili bildirib.

Diqmelaşvilinin fikrincə, hökumət istefaya getməyincə Gürcüstanın de-oliqarxizasiyası baş tutmayacaq. Həmçinin, deoliqarxizasiya olmadan Gürcüstan Avropa Birliyinə üzv ola bilməz.

Mənbə: Netgazeti
Print