"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
"Ağ-qaralar" Gürcüstan millisinin müdafiəçisi Solomon Kverkveliyanı
transfer edib.
30 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Solomon Kverkveliyanın son klubu Gürcüstan "Qaqra"sı
olub. O, daha əvvəl Rusiyada "Zenit", "Rubin", "Lokomotiv"
(Moskva), "Rotor", həmçinin, Ukraynada "Metalist" kimi komandaların
formasını geyinib.