Peter Fişer Almaniyanın Gürcüstandakı səfiri postunda Hubert Knirşi
əvəz edəcək.
Bu barədə alman diplomatı Fişer özü Twitter-də yazıb.
Fişerin sözlərinə görə, avqust ayından Gürcüstanda işə
başlayacaq.
Fişer karyera diplomatıdır. Gürcüstandan əvvəl Almaniyanın
Birləşmiş Ərəb Əmirliklərində səfiri vəzifəsində çalışıb.
Hubert Knirş 2018-ci ilin sentyabrından Gürcüstanda səfir
vəzifəsində çalışır.