BMT Baş Assambleyasının (BA) 76-cı sessiyasının sədri Abdulla Şahid
Gürcüstana rəsmi səfər edib.
Bu, BMT BA sədrinin Gürcüstana ilk səfəridir.
Səfər çərçivəsində A.Şahid Gürcüstan Prezidenti Salome Zurabişvili,
Baş nazir İrakli Qaribaşvili, parlament sədri Şalva Papuaşvili və
xarici işlər naziri İlya Darçiaşvili ilə görüşəcək.
BMT BA-nın sədri həmçinin işğal xəttinə, eyni zamanda Tserovani
kəndində məcburi köçkünlərin yaşadığı qəsəbəyə baş çəkəcək. O,
həmçinin Ədliyyə Evini də ziyarət edəcək, vətəndaşlara göstərilən
dövlət xidmətlərinin modeli və islahatlarla tanış olacaq.
A.Şahid BMT-nin Gürcüstandakı nümayəndəliyində də olacaq və burada
BMT proqramında iştirak edən QHT-lərin nümayəndələri ilə görüş
keçirəcək.
BMT BA-nın sədri səfər çərçivəsində Kaxeti bölgəsinin iqtisadi və
turizm potensialı ilə də tanış olacaq.