Rusiyanın Odessa limanına raket hücumundan sonra ABŞ taxıl ixracına qoyulan blokadanı aradan qaldırmaq üçün Ukrayna ilə alternativ plan üzərində işləyir
Rusiyanın Odessa limanına raket zərbəsi endirməsindən sonra ABŞ Ukrayna ilə taxıl ixracına qoyulan embarqonu ləğv etmək üçün alternativ plan üzərində işləyir. Bu barədə CNN USAID-ə istinadən xəbər verir.

"Alternativ plan öz-özlüyündə avtomobil, dəmir yolu və çay nəqliyyatını, o cümlədən barjaların göndərilməsini və ixracı daha sürətli inkişaf etdirmək üçün dəmir yolu sisteminin Avropa sisteminə uyğunlaşdırılmasını nəzərdə tutur", - USAİD bildirib.

Amerika Birləşmiş Ştatları da qeyd edib ki, müxtəlif gözlənilməz halları nəzərə almaq lazımdır, çünki Rusiyaya etibar etmək olmaz.

Mənbə: BPN
Print