Türkiyə 2022-ci ilin yanvar-iyun aylarında Gürcüstana elektrik
avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 29,1
faiz artıraraq 59,6 milyon dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən
bildirilib.
İyun ayında Türkiyə Gürcüstana elektrik avadanlıqları ixracatını
2021-ci ilin eyni ayı ilə müqayisədə 4,4 faiz artıraraq 12,9 milyon
dollara çatdırıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin
elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə
6,9 faiz artaraq 7,3 milyard dollara bərabər olub.
Bu ilin iyun ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik
avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə
müqayisədə 4,2 faiz çoxdur.
Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2021-iyun 2022) Türkiyə
14,6 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac
edib.
Mənbə: trend.az