Marneuli-Koda yolunda yol-nəqliyyat hadisəsi baş verib – Xəsarət alanlar var (VİDEO)
Bu gün, 26 iyul tarixində saat 12:00 radələrində Marneuli-Koda yolunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı üç avtomobil toqquşub. Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürən və yol patrul xidmətinin əməkdaşları cəlb olunublar.

Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata görə, baş vermiş faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq aparılır. Həmin maddə yol hərəkəti və ya istismar qaydalarınının pozulmasını nəzərdə tutur.


Print ელ. ფოსტა
FaceBook Twitter Google