Mədəniyyət Mərkəzi Marneulili uşaqlar üçün müxtəlif
fəaliyətlərlə məşğul ola biləcəkləri yerdir. Mərkəzdə rəqs
ansamblı, rəsm və musiqi dairələri var.
Ancaq avqust ayında Mədəniyyət Mərkəzinin bütün ansamblları,
dairələr istirahətə gedir, fəaliyyət göstərmir. Yay tətilini
Marneulidə keçirən uşaqlar yalnız evdə kitab oxumaq və ya başqa
əyləncə ilə məşğul olmalıdırlar. Marneuli Mədəniyyət Mərkəzinin
direktoru Nato Şavişvili bildirdi ki, avqust ayında
mərkəzin yeganə
fəaliyyəti kəndlərdə film nümayiş etdirmərkdir. Buna iyul ayında
başlayıblar və avqustda da davam etdiriləcək. Onun sözlərinə görə,
tədbirlərə və tədris prosesinə sentyabrdan başlayacaqlar.
“Avqusta ayında Marneuli Mədəniyyət Mərkəzində hər şey
istirahətə gedir. Əsasən, bizim ansambllar ya qastrolda ya
festivallarda olurlar. İyul-aqvust ayı belə dövrdür və müvafiq
olaraq, festivalda iştirak edən konsert qrupu və ya ansamblı azad
etmişik. Biz ötən illərdə masterklass formasında kəndlərə səfərlər
edirdik. Amma bu il bunu filmlərin nümayişi ilə əvəz etmişik.
Festival dövrü olmayan, rəsmi istirahət günləri olan, avqust ayında
çox işi olan müəllimlər iyulda məzuniyyət götürürlər. Kiminsə əvəz
etməsi üçün resursumuz kifayət etmir”, – Nato
Şavişvili bildirdi.
Yayda uşaqların vaxt keçirməsi üçün daha bir məkan Marneuli İctimai
Kitabxanası və Amerika Guşəsidir. Kitabxanaçı “Marneuli” radiosuna
bildirdi ki, kitab oxumaq və ya aparmaq üçün gənclər il ərzində
fəal şəkildə müraciət edirlər. Ancaq bu baxımdan yay tətili vaxtı
iyul ayında daha çox fəallıq hiss olunur.
“Pandemiyadan sonra ilk yaydır ki, belə fəallıq hiss
olunur. Xüsusilə iyul ayında, gündə 25-dən 40-a qədər kitab
aparırdılar. Bütün ay ərzində 480 kitab aparılmışdı. Əsaəsn
şagirdlər gəlirlər, məktəbdə tapşırılmış, yay mütaliəsi üçün kitab
aparırlar. Ən çox bədii ədəbiyyat tələb olunur, ancaq başqa
mövzular da var. Psixoloji və fəlsəfi kitablar da kifayət qədər
məşhurdur. Biz dəstək olmağa çalışırıq. Bəzilərinə yaşına uyğun
ədəbiyyatı biz məsləhət görürük. Zalda da oxucular var, fəal
şəkildə kitab da aparırlar. Uşaqlar Marneulinin kəndlərindən də
kitab aparmağa gəliblər. Bir qız var, Yuxarı Qullardan hər gün
gəlir. Kitabxana bütün il ərzində bu baxımdan
fəaldır”, – Kitabxanaçı bildirdi.
Marneulinin Amerika Guşəsinin nümayəndəsi Mələk Quliyevanın
sözlərinə görə, avqust ayında guşə mövsümə uyğun tədbirlər həyata
keçirir.
“Avqust ayında Amerika Guşəsi fəaliyyət göstərir. İndi
yay oxu çağırışımız var və oktyabrda başa çatacaq. Layihəmiz indi
yoxdur, çünki uşaqlar fiziki olaraq Marneulidə deyillər və hansısa
layihəyə başlamaq çətindir. Ona görə də sentyabrdan başlamağı
düşünürük. Guşədə indi film nümayişimiz var və bu filmləri uşaqlar
özləri seçir. Eləcə də ingilis dilini inkişaf etdirmək üçün masa
oyunları var”, – Mələk Quliyeva bildirdi.
Marneuli Mədəniyyət Mərkəzində öz qrupları ilə xoreoqraf
studiyaları, instrumental vokal qrupları, rəsm dairəsi, saz, musiqi
məktəbi, xalça toxuma studiyası, əl işi olan kukla studiyası, gürcü
xalq mahnı ansamblı, vokal studiya və idman bal rəqsləri studiyası
fəaliyyət göstərir. Təhsil sentyabrın əvvəlində bərpa olunacaq.