Marneuili Kote Kapanadze Ekvadorun Quaiakil şəhərində gənclər üzrə
dünya cüdo çempionatında mübarizə aparacaq. Bu barədə Marneuli
İdman Məktəbinin “Facebook” səhifəsində məlumat yayımlanıb.
Məlumatda deyilir ki, çempionat 10-13 avqustda keçiriləcək və
Marneulili cüdoçu 73 kq çəki dərəcəsində mübarizə aparacaq.
Dünya çempionatında Gürcüstan yığmasının 13 idmançısı iştirak
edəcək. Onlardan 9 kişi, 4 qadındır.