Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici
işlər naziri İliya Darçiaşviliyə həmrəylik və dəstəyinə görə
təşəkkür edib.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bu barədə tviter
hesabında yazıb.
“Radikalların Azərbaycanın Londondakı səfirliyinə misli
görünməmiş hücumu ilə bağlı telefon danışığı ilə həmrəylik və
dəstək ifadə etdiyinə görə Gürcüstandan olan həmkarım İliya
Darçiaşviliyə təşəkkür edirəm”, - Ceyhun Bayramov
qeyd
edib.
Qeyd edək ki, Gürcüstanın Xarici İşlər Nazirliyi avqustun 4-də
Londonda Azərbaycan səfirliyinə qarşı törədilən təxribatı pisləyib.
Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili hadisə ilə
əlaqədar azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək tam
dəstəyini ifadə edib.
İliya Darçiaşvili azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək
baş vermiş hadisəni pislədiklərini, Azərbaycanın yanında
olduqlarını və tam dəstək verdiklərini açıqlayıb.
Xatırladaq ki, avqustun 4-də bir qrup radikal dini dəstə
Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığındakı səfirliyinə hücum edib.